Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenidən atəşə tutdu

Siyasət

29.07.2021 - 07:49

Həkimlər Klinikalar SEO Xidməti

Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb

 

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş