İlham Əliyev həmsədrləri qəbul edib

Siyasət

17.10.2019 - 14:14

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

 

AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə