Ərdoğan Azərbaycana doğru yola düşüb

Siyasət

25.02.2020 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti: “Azərbaycanın inkişafına bundan sonra da fayda verməyə davam edəcəyik”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfərdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirilib.

 

Konfransda Ərdoğan deyib ki, Türkiyənin Azərbaycanda qoyduğu sərmayənin həcmi 11 milyard dollara çatıb: “Azərbaycanın ölkəmizdəki investisiyasının həcminin bu ilin sonunadək 20 milyard ABŞ dollarına çatacağını gözləyirik. Azərbaycanın inkişafına bundan sonra da fayda verməyə davam edəcəyik”.

 

Qeyd edək ki, Ərdoğan Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək. İclasda ikitərəfli əlaqələr, əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunacaq.

 

İki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin imzalanacağı da bildirilir.

Müəllif: Ayna.az