Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan tutduğu vəzifədən azad edilib.
AYNA “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Armen Sarkisyan müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, o, korrupsiya və yeyintilərdə ittiham olunaraq həbs edilib. S. Qalstyan bu posta 2018-ci ilin iyununda təyin olunub. Ermənistan Milli Təhlükəsizlik Xidməti onun geniş miqyasda sui-istifadə və mənimsəmə iddiası ilə tutulduğunu bildirmişdi. Eyni ittihamlarla Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və silah təchizatı şirkətinin rəhbəri, iş adamı David Qalstyan da həbsdədir.