Ermənistan Azərbaycanın sülh sazişi layihəsi ilə bağlı son təkliflərinə cavab verib

Aktual

09.01.2024 - 14:13

Armen Qriqoryan: “İndi biz Azərbaycanın cavabını gözləyirik”

Yanvarın 4-də Ermənistan Azərbaycanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. AYNA xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib.

“Yanvarın 4-də Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verib. İki həftə ərzində onların təkliflərinə cavab verdik. İndi biz Azərbaycanın cavabını gözləyirik”, - Qriqoryan bildirib.

Erməni rəsmi əlavə edib ki, bəzi məsələlər var ki, danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb: “Biz bu məsələlərdə tezliklə irəliləyişə nail olacağımızı və həllini tapmadığımız qalan məsələlərin fikir mübadiləsi və danışıqlar yolu ilə həll ediləcəyini və ən qısa zamanda sülh sazişinin imzalanacağını gözləyirik”.

Müəllif: Ayna.az