Ermənilər “stəkanda fırtına” qaldırdı, ruslar geri çəkildi – <font color=red> Nə deməli?!</font>

Aktual

25.02.2021 - 13:18

Rusiyanın Ermənistandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə tabedir?

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN), Rusiyanın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində yerləşdirilən məlumat, erməni istifadəçiləri arasında hiddət fırtınasına səbəb oldu. Beləliklə, səfirlik Rusiya FHN-in saytından bu qurumun Dağlıq Qarabağ əhalisinə daha bir humanitar yardımın çatdırılmasını təşkil etdiyi barədə məlumat yaydı.

 

Rusiya FHN-in məlumatının mətnində humanitar yardımın çatdırıldığı son nöqtə - Stepanakert/Xankəndi olaraq göstərilir. Gördüyünüz kimi, Rusiya FHN bu şəhərin həm Azərbaycan, həm də erməni adlarını göstərdi. Belə halda, Azərbaycanın və erməni tərəfinin, buna əsəbləşməsinə heç bir səbəb yoxdur - Rusiya FHN bitərəf qalmağa qərar verdi və yaşayış məntəqəsinin adının hər iki variantını göstərdi. Narazı qalası olsaq, biz qalmalıydıq, amma...

 

Bu fakt, erməni “Telegram” kanallarının izləyicilərini bərk əsəbləşdirdi. Bu kanallar Rusiya FHN-in xəbərlərini Rusiya səfirliyinin “Facebook” səhifəsində yenidən paylaşdılar və mətnin altında sual verdilər: “9 (10) noyabrdakı üçtərəfli bəyanata görə, Rusiyanın Ermənistandakı səfirliyi də Azərbaycanın nəzarətinə keçib və cənab səfir şəxsən birbaşa Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat verir?”

 

Bu reaksiya, Rusiya səfirliyinin qalmaqaldan qaçmaq üçün mətni “Facebook” səhifəsindən çıxarmasına səbəb oldu. Lakin bütün bu hekayədə Dağlıq Qarabağdakı şəhərimizin Azərbaycan versiyasının erməni adı ilə yanaşı göstərilməsinin də Qarabağ ermənilərinin qəzəbinə səbəb olması diqqət çəkir.

 

Məgər, onları döyüş əməliyyatlarını davam etdirməkdən xilas edən Rusiyanın müdaxiləsi deyildimi? Rusiya hazırda Qarabağa humanitar yardım göstərmirmi, yerli erməniləri aclıqdan və soyuqdan xilas etmirmi?

 

Qarabağ ermənilərinin marionet rejiminin qalıqlarının, hətta, rus dilinə “rəsmi” status verməsi, yerli əhaliyə Rusiya pasportları paylanması barədə dəfələrlə xəbərlər dərc edilib. Bununla, separatçılar Rusiyanın bir protektoratı olacaqlarına ümid edirlər. Ancaq Rusiya FHN-in verdiyi məlumatdan nümunə olaraq minnətdarlıq əvəzinə, Moskvaya qarşı naşükürlük və ittihamları müşahidə edirik.

 

Bu yaxınlarda onlar “Artsax Qəhrəmanı” adını, ölümündən sonra alovlu rusofob İqor Muradyana verdilər. Və bu gün Ermənistandakı Rusiya səfirliyi Azərbaycana işləməkdə ittiham olunur.

 

Rusiya erməni şıltaqlıqlarına qarşı çox səbirli deyilmi? Çox nahaq yerə səfirlik ermənilərin tələbləri qarşısında boyun əyərək, xəbəri əvvəlcə sildi, sonra yeni redaktədə dərc etdi. Onsuz da, səfirlik öz səhifəsində yalnız Rusiya Fövqəladə Hallar Nazirliyinin saytında olan xəbəri dərc etmişdi. Həm də anti-Rusiya aksiyalarına görə, Moskva ermənilərin necə minnətdar ola biləcəyini yəqin ki, bilir...

Müəllif: Asif Aydınlı