Polis Bakıdakı kafe və restoranlarda reydlər keçirir

Aktual

20.08.2020 - 13:57

Xidmətin sanitar-epidemioloji normalara uyğun olub-olmaması yoxlanılır

 

Paytaxtda fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin təmin olunması üçün rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə polis əməkdaşları ictimai iaşə obyektlərində, qapalı məkanlarda nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

 

Bakı şəhər Baş PIolis İdarəsinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə keçirilən monitorinq və yoxlamalarda sanitariya-gigiyena və karantin qaydalarının tələbləri ilə bağlı məlumatlar verilir.

 

Keçirilən yoxlamalarda açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin obyektlərdə təmizlik və dezinfeksiya işlərinin vəziyyəti öyrənilir, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə