Ermənistanın Azərbaycanla sərhədində ikinci hərbi baza Rusiyanın nəyinə lazımdır?!

Aktual

26.12.2020 - 10:33

“Ruslar imperiya yekəxanalığı səbəbindən pul səpməyi sevirlər, amma bu qədər də yox”

 

Rusiya Ermənistanda, Azərbaycanla sərhəddə ikinci hərbi bazasını yerləşdirə bilər. Rusiyanın “Voennoye Obozreniye” nəşri xəbər verir ki, bu təklif erməni müxalifəti tərəfindən verilib.

 

“Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyanın sözlərinə görə, Ermənistan Rusiya ilə yeni təhlükəsizlik müqaviləsi imzalamalıdır və bu sənəd ölkənin cənubunda, Azərbaycanla həmsərhəd olan Sünik bölgəsində (Zəngəzur) ikinci bir Rusiya hərbi bazasının yaradılmasını təmin edəcək. O, Rusiyanın yeni bazası ilə bağlı danışıqların Ermənistan üçün “həyati” əhəmiyyətli olduğunu deyib.

 

“Sünik bölgəsində yeni bir Rusiya hərbi bazasının yerləşdirilməsinə dair təcili danışıqlara başlamağı həyati vacib hesab edirik. Hərbi baza, bir tərəfdən, Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdakı təsirli, dinamik fəaliyyətini dəstəkləyəcək, digər tərəfdən bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin qarantı olacaq”, - Manukyan bildirib.

 

Erməni siyasətçi qeyd edib ki, Ermənistan Gümrüdəki 102-ci Rusiya hərbi bazasının yerləşdirilməsi kimi bir müsbət təcrübəyə malikdir.

 

Maraqlıdır, bu təklifin arxasında nə dayanır? Bu “təşəbbüs” Moskvanın istəyi ilə səsləndirilirmi? Təbii ki, belə bir təklifin reallaşması heç kimə yaxşı bir şey gətirməyəcək. Bəlkə də bu, 5 ildən sonra Rusiyanın sülhməramlılarını ölkəsindən çıxarmaq və Dağlıq Qarabağı tam olaraq öz nəzarətinə keçirmək istəməsi halında, Azərbaycana qarşı əlavə bir “arqument” yaratmaq cəhdidir?

 

Tanınmış beynəlxalq ekspertlər mövzu ətrafındakı fikirlərini AYNA ilə bölüşüblər.

 

Ukraynalı politoloq, Orta Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos:

Предложения Ирана по Карабаху пока мало напоминают план» - Игорь Семиволос  - ZERKALO.AZ - Новости Азербайджана и мира.

“Mənə elə gəlir ki, belə təkliflə çıxış edən erməni siyasətçiləri Moskvadan yeni “istəklər”in səsləndirilməsini deyil, ölkələrinin gələcəkləri ilə bağlı qorxu və qeyri-müəyyənliyi rəhbər tuturlar. Niyə belə düşünürəm? Bu, sadəcə riyaziyyatdır. Ruslar, açıq mənbələrə görə, xaricdə yerləşən bazalarında bir hərbi qulluqçunun saxlanmasına ildə orta hesabla 64 min dollar xərcləyirlər. Gümrüdə, Rusiya hərbi bazasında, təxminən 5 min hərbçi var. Bu da ildə kifayət qədər böyük bir məbləğ - 325 milyon dollar edir. Və bu məbləğə hələ bazanın özünün saxlanılması - avadanlıqların təmiri və həyati funksiyalarının qorunması üçün tələb olunan vəsaitin daxil olub-olmadığı aydın deyil.

 

Yenə də Rusiya qaynaqlarına görə, postsovet məkanının fərqli dövlətlərində 8 Rusiya hərbi bazasının elan edilmiş xərcləri 2018-ci il üçün 19 trilyon rubl, yəni Gümrüdəki kimi bir baza üçün orta hesabla 2,5 trilyon rubl təşkil edib.

 

Və əsas sual budur: yeni bir bahalı bazanın yaranmasına nə ehtiyac var? Ermənistan o qədər də böyük və əhəmiyyətli bir ölkə deyil ki, sıfırdan işə salınması və böyük resurslar xərclənməsi lazım olan daha bir bazaya ehtiyac yaransın. Ruslar, əlbəttə ki, imperiya yekəxanalığı nümayiş etdirməyə və buna görə pul səpməyə alışıblar, amma daha bu qədər iri məbləğdə yox. Və əslində indi rusların özünütəsdiqinin əsası olan imperiya hissi üçün ayırmağa əlavə pul da yoxdur. Operativ-taktiki baxımından da belə bir bazanın əhəmiyyəti şübhə doğurur. Elə ondansa, Azərbaycan ərazisində bir baza yaratmaq ruslar üçün daha sərfəli olardı. Amma ümid edirəm ki, bu, heç zaman olmayacaq”.

 

Rusiyalı politoloq və publisist, tarix elmləri doktoru, “North&Eastern Europe Research Political Center”-in rəhbəri Aleksandr Sıtin:

Aleksandr Sıtin:

“Tamamilə əminəm ki, Ermənistandakı mövcud etirazlar Paşinyanı Kremlin oyuncağı olan bir şəxslə əvəzləmək üçün Moskvadan təhrik olunur. 19-cu əsrin birinci yarısında yeni Ermənistan dövləti, Cənubi Qafqazda, ilk növbədə İrana və Osmanlı İmperiyasına qarşı Rusiyanın bir forpostu olaraq yaradıldığından və sonradan bölgədəki bütün İslam dünyasına qarşı qalaya çevrildiyindən, şübhəsiz ki, əlavə hərbi kontingentlərin yerləşdirilməsi Moskvanın maraqlarına tamamilə uyğundur.

 

Ancaq səbəb yalnız Moskvanın arzusu deyil - yenicə başa çatmış müharibə dövründə tamamilə effektivsizliyini göstərən Ermənistan dövləti, prinsipcə, Rusiyanın iqtisadi, siyasi, enerji və əlbəttə ki, hərbi dəstəyi olmadan, ümumiyyətlə, Rusiyanın imperiya təsir dairəsi xaricində mövcud ola bilməz. Bütün baş verənlərə məhz bu nöqteyi-nəzərdən yanaşmaq və başa düşmək lazımdır. Digər tərəfdən, Azərbaycan NATO-ya inteqrasiya imkanlarını diqqətlə nəzərdən keçirməli, bunu etmək üçün rəsmi olaraq “açıq ərazi mübahisələri” olan bir dövlət halına gətirəcək vəziyyətlərdən çəkinməlidir. Çünki Rusiyanın Ermənistanda və şübhəsiz ki, Qarabağla bağlı siyasəti hər şeydən əvvəl bu inteqrasiyanın qarşısını almağa yönəlib - dar mənada Türkiyə ilə, geniş mənada NATO ilə”.

 

Ukrayna Gələcək İnstitutunun analitiki İlya Kusa:

Илия Куса | Украинский институт будущего

“Baş verənlər Dağlıq Qarabağdakı hərbi eskalasiyanın təbii nəticəsidir. Bu oyunu Türkiyə ilə birlikdə oynayan Rusiya, İrəvan üzərindəki siyasi nəzarətini gücləndirmək, kontingentini Qarabağda Azərbaycan və İran ərazilərinə yaxın yerləşdirmək və hərbi infrastrukturunu genişləndirmək, və reallaşacağı təqdirdə ikinci bir baza açmaq fürsəti əldə edərək taktiki bir qazanc əldə etdi.

 

Düşünürəm ki, söhbət sülhməramlılardan deyil, Moskvanın Qafqazdakı nüfuzunu möhkəmləndirmək cəhdindən, xüsusən də sülhməramlıların yerləşdirilməsinə istinad edərək, Ermənistandakı təşkilati və siyasi şəbəkələrini, Ermənistan və Qarabağdakı hərbi infrastrukturu genişləndirmək və gücləndirməkdən gedir. Hesab edirəm ki, əlbəttə bu, bölgədə baş verə biləcək hər hansı yeni qarşıdurmanı Rusiya və Türkiyə tərəfindən daha da idarəolunan edəcək, Ermənistan və Azərbaycanın isə manevr azadlığını daraldacaq”.

Müəllif: Rauf Orucov