Putin Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim edib

Siyasət

22.11.2019 - 22:50

Putin Azərbaycanın birinci vitse-prezidentinə orden təqdim edib

 

Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordeni təqdim edib.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva Rusiyada rəsmi səfərdədir.

 

Rusiya prezidenti V.Putin Mehriban Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib. Rusiya prezidentinin sözlərinə görə, medalın adı məhz Mehriban xanım Əliyevanın Rusiya-Azərbaycan münasibətləri üçün gördüyü işləri əks etdirir. Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya prezidentinin onu əsl dost adlandırmasını qürur hissi ilə qarşıladığını bildirib.

 

Müəllif: Ayna.az