Erməni müxalifətindən mesaj: "Hazır olun!"

Dünya

18.09.2023 - 13:28

Tevanyan: “Hakimiyyət kifayət qədər ciddi zərbə alıb”

"Bu hakimiyyət kifayət qədər ciddi zərbə aldı". AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın müxalif “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan İrəvana mer seçkilərinin nəticələri barədə danışarkən deyib.

“Baş nazir Nikol Paşinyan və ətrafı istədiklərinə nail ola bilmədilər və indi məlumatların dərci şübhəli şəkildə ləngiyir. Görünən odur ki, onlar öz təşkilatları (Mərkəzi Seçki Komissiyası nəzərdə tutulur) vasitəsilə müəyyən rəqəmlər əldə etməyə çalışırlar”, - deyən Tevanyan bir daha İrəvan Ağsaqqallar Şurasına seçkilərin tam dəyişiklik üçün fürsət olduğunu vurğulayıb. 

“Bu, hakimiyyətin tam dəyişməsi istiqamətində ilk addımdır. Bir şey göz qabağındadır: bu hakimiyyətin nə ictimai etimadı, nə legitimliyi var. Hesab edirik ki, bu prosesi ümumi mübarizəyə və hakimiyyət dəyişikliyinə çevirmək imkanı var. Hazır olun!”, Tevanyan qeyd edib.

Müəllif: Ayna.az