Paşinyan tərəfindən yeni "qurbanların" siyahısı hazırlanır
Yaxın günlərdə Ermənistanda hökumət aparatında yeni yüksək səviyyəli həbslər gözlənilir.
AYNA.AZ xəbər verir ki, bu barədə yerli “İravunk” qəzeti yazıb.
“Xüsusilə, Baş nazir Nikol Paşinyana yaxın mənbələrin məlumatına görə, onun öz yaxınlarına belə rəhm etmədiyini və böyük demokrat olduğunu sübut etmək üçün yeni "qurbanların" siyahısı hazırlanır", - deyə xəbərdə qeyd edilib