Ərəb şeyxi ilə evli olmuş azərbaycanlı gimnast məhkəmə qarşısına çıxarılacaq

Cəmiyyət

30.01.2022 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

Zeynəb Cavadlının məhkəməsi fevralın 9-da Dubayda baş tutacaq

Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərinin biri ilə evli olmuş azərbaycanlı gimnast beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı məhkəmə qarşısına çıxarılacaq.

AYNA xəbər verir ki, məhkəmə iddiası 3 övladının geri alınması və Zeynəb Cavadlının analıq hüququndan məhrum edilməsi ilə bağlı qaldırılıb. Məhkəmə fevralın 9-da Dubayda baş tutacaq.

Qeyd edək ki, bir müddət əvvəl Zeynəbin həmin şeyx tərəfindən işgəncələrə məruz qalması, təhdid altında yaşaması ilə bağlı yayılan video böyük rezonansa səbəb olmuşdu.

Zeynəb Cavadlı ərəb şeyxi ilə 2015-ci ildə ailə həyatı qurub. Keçmiş gimnast şeyxin 3-cü həyat yoldaşı olub və bu evlilikdən onların 3 qızı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş