Ərdoğanla Putinin görüşünün tarixi və yeri bəlli oldu

Dünya

29.08.2023 - 12:37

cedabet dərman SEO Xidməti

Türkiyə və Rusiya lideri sentyabrın 4-də Soçidə görüşəcəklər

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşünün tarixi və yeri açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edilib ki, Ərdoğan Putinlə sentyabrın 4-də Soçidə görüşəcək. Liderlərin görüşündə qlobal və regional məsələlər, əsasən də “taxıl dəhlizi” məsələsi müzakirə ediləcək.  

Xatırladaq ki, ötən gün Putinin mətbuat katibi Dmitri Peskov Putin-Ərdoğan görüşünün tezliklə baş tutacağını bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş