Türkiyədə səslərin sayılması prosesi davam edir, qutuların 99 faizi açılıb
Türkiyədə seçki qutularının 99 faizi açılıb. AYNA xəbər verir ki, bu barədə Yüksək Seçki Qurumunun (YSK) sədri Ahmet Yener açıqlama verib.
Onun sözlərinə görə, ölkə daxilində cəmi 27 qutunun nəticələri yoxlanılmayıb. Xarici ölkələrdə isə 1529 seçki qutusunun nəticəsi sistemə daxil edilməyib.
İndiki nəticələrə əsasən, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,40 faiz, Kamal Kılıcdaroğlu 44,96 faiz, Sinan Oğan 5,2 faiz, Muharrəm İncə isə 0,44 faiz səs qazanıb.