Ərdoğan: “Türkiyənin dövlət qurumları yüksək hazırlıq vəziyyətindədir”

Dünya

10.03.2026 - 00:14

"Sərhəd keçid məntəqələrində tədbirləri gücləndirmişik və lazım gələrsə, mövcud planlarımızı həyata keçirməyə hazırıq"

 “Türkiyənin bütün dövlət qurumları ölkəmizin İran ətrafındakı böhrana qarışmasının qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətindədir”. AYNA.AZ “TRT Haber”ə istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik etdiyi kabinet iclasından sonra deyib.

"Biz böhranın iqtisadiyyatdan ticarətə və sərhəd təhlükəsizliyinə qədər müxtəlif sahələrdə potensial nəticələrini qiymətləndirdik. Əsas məqsədimiz ölkəmizi bu yanğından qorumaq, Türkiyənin təhlükəsizliyini təmin etmək və 86 milyon vətəndaşının rahatlığını təmin etməkdir. Bütün dövlət qurumlarımız 28 fevraldan bəri yüksək hazırlıq vəziyyətindədir", - deyə Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə İrana ərazisini hədəf alan raket hücumlarına görə xəbərdarlıq edib: "İrana səmimi xəbərdarlıqlarımıza baxmayaraq, Türkiyənin dostluğunu təhlükə altına qoyan son dərəcə səhv və təxribatçı addımlar atılmağa davam edirlər".

"Biz NATO və digər müttəfiqlərimizlə koordinasiyalı şəkildə hadisələri izləyəcək və təhlükəsizliyimizi gücləndirmək üçün əlavə tədbirlər görməyə davam edəcəyik", - deyə Prezident qeyd edib.

Ərdoğan vurğulayıb ki, Şimali Kiprə altı F-16 qırıcı təyyarə göndərilib: “Qardaş ölkələrimizlə, xüsusən də Azərbaycanla həmrəyik. Həmçinin bölgədəki terrorçu elementləri də izləyirik. Bölgəmizdə sülh və sabitliyi poza biləcək hər hansı bir ssenariyə qarşıyıq".

Onun sözlərinə görə, hazırda Türkiyənin İranla sərhədində heç bir fəaliyyət yoxdur: "Sərhəd keçid məntəqələrində profilaktik tədbirləri gücləndirmişik və lazım gələrsə, mövcud planlarımızı həyata keçirməyə hazırıq".

Qeyd edək ki, dünən Türkiyə Milli Müdafiə Nazirliyi İrandan atılan ballistik raketin məhv edildiyini açıqlayıb. Raket Şərqi Aralıq dənizində yerləşən NATO qüvvələri tərəfindən məhv edilib və onun qalıqları Qaziantep əyalətinin yaşayış olmayan bir ərazisinə düşüb. Tələfat olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş