“Görüşümüz münaqişələrə son qoyulmasına töhfə verəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əmindir ki, onun amerikalı həmkarı Donald Trampla gələn həftə gözlənilən görüşü münaqişələrə son qoyulmasına töhfə verəcək. AYNA.AZ xəbər verir ki, Türkiyə Prezidenti bu barədə sosial şəbəkədə yazıb.
“Əminəm ki, Prezident Trampla görüşümüz qlobal sülhə dair ümumi baxışımız çərçivəsində regionumuzda müharibə və münaqişələrin dayandırılmasına töhfə verəcək və ölkələrimiz arasında əməkdaşlığı daha da gücləndirəcək”, - Ərdoğan qeyd edib.
Prezident bildirib ki, Ağ Evdə “hörmətli həmkarım və dostum, ABŞ Prezidenti Donald Tramp, müttəfiqimiz, hərtərəfli strateji əlaqələrimiz olan ABŞ ilə” görüşündə o ticarət, investisiya və müdafiə sənayesi də daxil olmaqla bir sıra məsələləri müzakirə edəcək.