Ərdoğan seçkilərdə qalib olduğunu elan etdi

Dünya

28.05.2023 - 21:42

“Qarşıdakı 5 il boyunca ölkəni bizə etibar edən hər bir vətəndaşımıza təşəkkür edirəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda tərəfdarları qarşısında çıxış edib. AYNA xəbər verir ki, Ərdoğan seçkilərdə öndə olduğunu elan edib və xalqa ona dəstək verdiyi üçün təşəkkür edib.

Ərdoğan seçki məntəqələrinə gedib iradəsini qoyan vətəndaşlarına təşəkkür edib: "Vətəndaşlarımızı, gənclərimizi, partiyadaşlarımızı təbrik edirəm. Qarşıdakı 5 il boyunca ölkəni bizə etibar edən hər bir vətəndaşımıza təşəkkür edirəm. İnşallah, sizin etimadınıza layiq olacağıq. 21 necə olmuşuqsa, indi də elə olacağıq".

Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. Seçki bülletenlərinin 98 faizə qədəri sayılıb və “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 52 faiz səslə öndədir. Müxalifətin “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu isə 48 faiz səs toplayıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə