Spiker "2024 TÜBA və TÜBİTAK Elm Ödülləri Mərasimi"ndə iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir. AYNA xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində spiker Sahibə Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən "2024 TÜBA və TÜBİTAK Elm Ödülləri Mərasimi"ndə iştirak edib.
Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.