Türkiyə Prezidenti rusiyalı həmkarı ilə telefon danışığı planlaşdırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırıb. AYNA xəbər verir ki, bu barədə Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.
“Akkuyu AES-in açılış mərasimindən əvvəl Prezident Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. Onlar Ukraynadakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə etməyi planlaşdırırlar”, - deyə Kalın vurğulayıb.