Ərdoğan Putinlə “Taxıl sazişi”ni müzakirə edəcək

Dünya

28.08.2023 - 12:53

cedabet dərman SEO Xidməti

Türkiyənin bütün müvafiq departamentləri bu istiqamətdə iş aparır

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında gözlənilən danışıqlar “Taxıl sazişi”nin gələcəyinə böyük ölçüdə aydınlıq gətirəcək. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti”yə danışıqlarda iştirak edən mənbə bildirib.

Mənbənin sözlərinə görə, Türkiyənin bütün müvafiq departamentləri bu istiqamətdə iş aparır. Eyni zamanda, o vurğulayıb ki, proses BMT ilə razılaşdırılır.

Mənbə danışıqların konstruktiv olacağına və Qara Dəniz Taxıl Təşəbbüsünün işinin bərpası üçün imkanların açılacağına ümid etdiyini bildirib.

Bundan əvvəl Ərdoğanın Rusiyaya səfər planlaşdırdığı məlum olub. Görüşün əsas mövzusunun “Taxıl sazişi” və onun bərpası olacağı bildirilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu görüş yaxın vaxtlarda baş tutacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş