Ərdoğan Putinlə Fələstin-İsrail münaqişəsini müzakirə edib

Dünya

10.10.2023 - 23:38

cedabet dərman SEO Xidməti

Ərdoğan mülki obyektlərin vurulmasından narahatlığını ifadə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər, o cümlədən gərginliyin yayılmasının qabaqlayıcı tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti mülki obyektlərin vurulmasından narahatlığını ifadə edib.

Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığı təmin etməsi üçün hər cür təşəbbüsləri göstərməyə davam edəcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş