"Bizim etimada əsaslanan səmimi münasibətlərimiz var"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Rusiya lideri Vladimir Putinlə görüşündə onun Türkiyəyə səfərini gözlədiyini təsdiqləyib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"Mənim dəvətim qüvvədə qalır. Sizi ən qısa zamanda ölkəmizdə salamlamağı səbirsizliklə gözləyirik. Bizim etimada əsaslanan səmimi münasibətlərimiz var. Münasibətlərimiz mövcud şəraitdən təsirlənmədən inkişaf edir", - Ərdoğan bildirib.