Ərdoğan: "BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır"

Dünya

15.08.2024 - 01:52

Həkimlər Klinikalar SEO Xidməti

Ərdoğanın BMT Baş katibi Antonio Quterreşə açıq məktub göndərib

BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş katibi Antonio Quterreşə açıq məktubunda deyilir.

O qeyd edib ki, bütün dünyanı gözləntisi məhz budur: “Dünyamızda müharibələr bizi daha çox əhatə etməzdən, daha çox insan və cəmiyyət əziyyət çəkmədən, daha çox günahsız qan tökülmədən əvvəl, Qlobal sülh və təhlükəsizliyin təmin edilməsi vəzifəsini yerinə yetirməkdən uzaq olan BMT Təhlükəsizlik Şurasının strukturunun köklü şəkildə dəyişdirilməsinə ehtiyac var”.

Onun sözlərinə görə, Türkiyə ədalətli beynəlxalq sistem və bu günün şərtlərinə uyğun BMT Təhlükəsizlik Şurasının formalaşması üçün səmimiyyətlə çalışan bütün tərəflərin yanında olmağa davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş