Ərdoğan Bakıya gəldi

Xəbərlər

09.12.2020 - 17:04

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidentinin Azərbaycana səfəri başlayıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb. AYNA xəbər verir ki, Ərdoğanın olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

 

Bu səfərdə Türkiyə Prezidentini həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik, AKP-nin baş katibinin müavini Mahir Ünal, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və Türkiyənin rabitə naziri Fahrettin Altun müşayiət edir.

 

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Qardaş ölkə lideri həmçinin, sabah Bakıda keçiriləcək Zəfər paradında iştirak edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş