Ərdoğan Azərbaycana gəlib

Xəbərlər

07.10.2025 - 12:56

Türkiyə Prezidenti TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edəcək

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 7-də Azərbaycana səfərə gəlib.

AYNA.AZ xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş