Əraqçi: “Atəşkəs yox, sülh istəyirik”

Dünya

26.03.2026 - 13:37

"Dost hesab etdiyimiz bir neçə ölkənin Hörmüz boğazından keçməsinə icazə verdik”

Tehran Rusiya və digər dost ölkələrdən gələn gəmilərin blokada altında olan Hörmüz boğazından keçməsinə icazə verib. AYNA.AZ xəbər verir ki, bu barədə “Tasnim”ə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Nazir "dost hesab etdiyimiz bir neçə ölkənin Hörmüz boğazından keçməsinə icazə verdik: məsələn, Rusiya, Hindistan, İraq, Çin və Pakistan. Düşmənlərimizin boğazdan istifadə etməsinə icazə verməyin mənasını görmürük", - deyə o bildirib.

Nazir İranın atəşkəs deyil, sülh istədiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş