Emoməli Rəhmon 5-ci dəfə Tacikistanın Prezidenti oldu

Dünya

12.10.2020 - 11:18

Həkimlər Klinikalar SEO Xidməti

Tacikistanda prezident seçkilərinin nəticələri bilindi

 

Tacikistanda bazar günü keçirilən prezident seçkilərində Emoməli Rəhmon qalib gəlib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Bəxtiyor Xudoerzoda bəyan edib.

 

O, ilkin nəticələrə görə, hazırkı dövlət başçısı Emoməli Rəhmonun seçicilərin 90,92 faizinin (və ya 3,837 milyon insanın) səsini qazandığını deyib.

 

Qeyd edək ki, seçkilərdə hazırkı Prezident Emoməli Rəhmonla yanaşı, daha dörd namizəd mübarizə aparıb.

 

1992-ci ildən bəri ölkəyə rəhbərlik edən Rəhmon üçün (postsovet məkanında ən uzun) bu, beşinci seçkidir. Seçkilərin gedişatını MDB, ŞƏT, KTMT, ATƏT, RF Dövlət Duması və Federasiya Şurasından müşahidəçilər izləyiblər. Heç bir qanun pozuntusu qeydə alınmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş