Daşkənd Beynəlxalq Hava Limanında Baş naziri rəsmi şəxslər qarşılayıblar
İyunun 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Özbəkistan Respublikasına rəsmi səfər edib.
Nazirlər Kabinetindən AYNA.AZ-a bildirilib ki, Daşkənd Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası Baş nazirinin müavini Cəmşid Kuçkarov və digər rəsmi şəxslər qarşılayıblar.
