Əli Əsədov gürcüstanlı həmkarına məktub ünvanlayıb

Xəbərlər

02.11.2020 - 17:13

Baş Nazir Giorgi Qaxariyanı təbrik edib

 

Azərbaycanın Baş Naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.

 

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Baş Nazir Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Giorgi Qaxariyanı təbrik edib.

 

Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik ifadə olunub.

Müəllif: Ayna.az