Əli Əhmədov: “YAP yenidən parlamentdə say çoxluğu qazanacaq”

Siyasət

06.12.2019 - 14:05

Hakim partiyanın sədr müavini: “Azərbaycanın bütün vətəndaşları parlamentin buraxılmasına müsbət yanaşırlar”

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nüfuzu ona ümid etməyə imkan verir ki, növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərinin böyük əksəriyyətinin səsini qazanacaq”.

 

AYNA xəbər verir ki, bunu YAP sədrinin müavini – icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, YAP yenidən parlamentdə say çoxluğunu saxlamağa müvəffəq olacaq.

 

“Azərbaycanın bütün vətəndaşları parlamentin buraxılmasına müsbət yanaşır. Baş verən islahatlara parlamentin də cəlb olunması islahatların daha da sürətli inkişafına şərait yaradacaq. Prezident İlham Əliyevin atdığı müsbət addımlar, növbədənkənar parlament seçkilərində YAP namizədlərinə xüsusi dividend qazandıracaq”, - Əhmədov vurğulayıb.

Müəllif: Ayna.az