Əli Əsədov İran və Ukraynaya başsağlığı verdi

Siyasət

08.01.2020 - 21:13

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynaya məxsus sərnişin təyyarəsi Tehran yaxınlığında qəzaya uğrayıb 

 

Azərbaycanın Baş Naziri Əli Əsədov İranın Birinci vitse-prezidenti İshaq Cahangiriyə və Ukraynanın Baş Naziri Aleksey Qonçaruka başsağlığı məktubu göndərib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Baş Nazir Əli Əsədov Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

 

Azərbaycanın Baş Naziri bu faciə ilə əlaqədar İranın Birinci vitse-prezidentinə və Ukraynanın Baş Nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Müəllif: Ayna.az