Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi - <font color=red> QƏRAR</font>

Xəbərlər

03.08.2021 - 12:45

Həkimlər Klinikalar SEO Xidməti

Deputatların səsverməsi ilə qərar qəbul olunub

 

Bu gün Milli Məclisin növbədənkənar sessiyasında deputat Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi ilə bağlı müzakirə aparılıb. AYNA xəbər verir ki, Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatla çıxış edib.

 

Baş prokuror bildirib ki, iyulun 30-da təqdim edilmiş təqdimat üçün kifayət qədər əsaslar var və Milli Məclisin İntizam komissiyası dünən keçirilən iclasında təqdimata müsbət rəy verib.

 

Baş prokuror deyib ki, Azərbaycanda pandemiya ilə mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla mübarizə aparır, Birinci vitse-prezident Mehriban Əliyeva da bu mübarizəyə mühüm töhfə verir: “Nazirlər Kabineti yanında Operativ Qərargahın koordinasiyası ilə bu sahədə ardıcıl işlər görür. Bu sahədə əsas ağırlıq Daxili İşlər Nazirliyinin əməkdaşlarının üzərinə düşür. Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevin 6 polis əməkdaşı ilə birgə iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən, Eldəniz Səlimovun qohumuna məxsus “Starıy Dvor” restoranına gəldiyini və karantin qaydalarına uyğun olaraq restoranın gecə saat 12-dən sonra işləməməsini tələb etdiyini öyrənib. Eldəniz Səlimov bununla əlaqədar Zaur Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng vurub və Zaur Mirzəyevi restorana dəvət edib, ona qarşı zorakılıq edib”.

 

Baş prokuror bildirib ki, polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edilməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

 

Baş prokuror deputatları təqdimata səs verməyə çağırıb.

 

Parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatı ilə bağlı çıxış edib. E. İbrahimov bildirib ki, dünən İntizam komissiyasının iclasında təqdimata rəy verilib. Rəydə bildirilib ki, təqdimatın verilməsi üçün kifayət qədər əsas var və İntizam komissiyası təqdimata rəy verib.

 

“Orada polisin həddində idimi ki, deputatın səlahiyyət həddini aşıb-aşmadığını qiymətləndirsin? Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur”. Bu sözləri İnsan hüquqları komitəsinin sədr müavini, deputat Tahir Kərimli deyib.

 

T. Kərimli çıxışında həmkarı E. Səlimovu müdafiə edərək bildirib ki, bu gün hər kəsin içində kədər var: ”Bu, onunla bağlı deyil ki, öz həmkarımızın “qələmini” qırırıq. Burada hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb. 309-2-ci maddədən söhbət getmir. İndi biz neyləyək, rayonlara gedəndə polis bizə hərbi salam verdirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Onda hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq…”.

 

Spiker Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O, bildirib ki, deputatın yiyəsi xalqdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəyəm. Sizi 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəm. Mən özüm çıxacam otaqdan, siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.

 

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.

 

İclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş