“İranla müharibədən sonra ABŞ-ın Yaxın Şərqdə heç bir varlığı olmayacaq”
“İranla müharibədən sonra ABŞ-ın Yaxın Şərqdə heç bir varlığı olmayacaq. Çünki onun bütün infrastrukturu məhv edilib, varlığına son qoyulur”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu iddianı İslam Respublikası ordusunun sözçüsü Məhəmməd Əkrəminiya səsləndirib.
O dövlət televiziyasında bildirib ki, "ABŞ-ın varlığına əsaslanan regional nizam dağılıb, çünki infrastrukturunun əksəriyyəti məhv edilib. Amerikalılar hətta öz bazalarını da müdafiə edə bilməyiblər".
İran hərbçisi deyib ki, “müharibədən sonra Yaxın Şərq dəyişəcək və ABŞ üçün yer qalmayacaq”.