Əfqanıstanın altı əyalətində internet xidməti dayandırılıb

Dünya

17.09.2025 - 17:08

Hakimiyyət internet xidmətini Bəlx, Qəndəhar, Helmand, Herat, Uruzqan və Nimrozda bağlayıb

Əfqanıstan hakimiyyəti altı əyalətdə dövlətə məxsus “Afgan Telecom” şirkətinin təqdim etdiyi fiber-optik internet xidmətini bağlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Amu TV” mənbələrə istinadən məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, internet xidməti Bəlx, Qəndəhar, Helmand, Herat, Uruzqan və Nimrozda bağlanıb.

Taliban sözçüsü internetin Qəndəhar və Bəlxdə bağlanıldığını təsdiqləyib və qeyd edib ki, əmri hərəkatın lideri Heybətullah Axundzadə verib. O bu tədbirin “əxlaqsız hərəkətlərin qarşısını almaq üçün” atıldığını və rəsmi ehtiyaclar üçün alternativ daxili şəbəkənin yaradılacağını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş