Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 800-ə çatıb

Dünya

01.09.2025 - 17:28

2500 nəfər yaralanıb: xilasetmə işləri davam edir

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 800-ə çatıb, 2500 nəfər yaralanıb.

AYNA.AZ RTA telekanalına istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid mətbuat konfransında bildirib.

"Yerli hakimiyyət orqanları və əyalət sakinləri xilasetmə ilə məşğuldur. Mərkəzdən və qonşu əyalətlərdən olan xilasetmə qrupları da zəlzələdən zərər çəkmiş ərazilərə yollanıblar", - Mücahid bildirib.

Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə, yerin 35 kilometr dərinliyində 6,2 maqnitudalı zəlzələ baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş