Taliban terror hərəkatı helikopteri vurduğunu iddia edib
Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopteri qəzaya uğrayıb. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində üç hərbçi həlak olub, bir nəfər isə yaralanıb.
Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə iyunun 8-də gecə saatlarında ölkənin mərkəzində yerləşən Vardak əyalətinin Caqatu rayonunda baş verib. Qəzanın baş verdiyi əraziyə gələn digər helikopter yaralını xəstəxanaya çatdırıb.
Əfqanıstandakı Taliban terror hərəkatı helikopteri vurduğunu iddia edib.