Əfqanıstanda güclü zəlzələ olub

Dünya

11.10.2023 - 08:45

cedabet dərman SEO Xidməti

Əfqanıstanın 6,3 maqnitudalı zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri əhalisi 272 min olan Herat şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Bundan başqa, Mərkəz, demək olar, eyni bölgədə 5 maqnitudalı afteşokun qeydə alındığını da açıqlayıb.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, oktyabrın 7-də Herat yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub. Son verilənlərə görə, təbii fəlakətdə 2,5 min nəfər ölüb, on minlərlə insan evsiz qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş