Əfqanıstanda güclü zəlzələ baş verib

Dünya

11.10.2023 - 10:36

cedabet dərman SEO Xidməti

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib

Əfqanıstanın şimal-qərbində 6,4 bal gücündə zəlzələ qeydə alınıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri əhalisi 272 min olan Herat şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Bundan başqa, Mərkəz, demək olar, eyni bölgədə 5 maqnitudalı afteşokun qeydə alındığını da açıqlayıb.

Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş