Palçıq və dağıntılar altında qalan insanların axtarışı aparılır
Əfqanıstanın şimalında daşqınlar nəticəsində azı 60 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Qeyd olunub ki, Bağlan əyalətinin beş rayonuna yağan güclü yağışlar nəticəsində 100-dən çox adam yaralanıb, onlarla insan itkin düşüb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kani bildirib ki, ölənlər Bağlan əyalətinin Borqa rayonundandır.
Hazırda ordu da daxil olmaqla fövqəladə xidmətlər palçıq və dağıntılar altında qalan insanların axtarışını aparır. Hava şəraiti ilə bağlı Kabili Əfqanıstanın şimalı ilə birləşdirən əsas yol da bağlanıb.