Əfqanıstanda 124 partiya mənsubu həbsdən azad edilir

Dünya

29.05.2020 - 17:15

Hizb-i İslami Partiyasının üzvləri “Baqram” və “Pol-e Çarhi” həbsxanasından buraxılacaq

 

Əfqanıstan hökuməti Hizb-i İslami Partiyasına mənsub olan 124 məhbusu “Baqram” həbsxanasından azad edib. AYNA xəbər verir ki, bu barədə məhkumlara cavabdeh olan Atiqullah Safi açıqlama yayıb.

 

“Bu gün partiyaya mənsub olan 124 məhkum “Baqram”, digər məhbuslarımız isə “Pol-e Çarhi” həbsxanasından azad ediləcək”, - deyə Safi açıqlamasında bildirib.

 

Qeyd edək ki, Gülbuddin Hikmətyarın rəhbərlik etdiyi Hizb-i İslami partiyası 2016-cı ildə Əfqanıstan hökuməti ilə barışıq müqaviləsi imzalayıb. Buna əsasən, partiyanın lideri Hikmətyar 2019-cu il Prezident seçkilərində iştirak edib. Lakin o, Əşrəf Qani və Abdullah Abdullahdan sonra üçüncü yeri tutub.

Müəllif: Ayna.az