Əfqanıstan hökuməti ilə Talibanın iclası təxirə salınıb

Dünya

13.09.2020 - 18:04

Danışıqların əsas mövzusu atəşkəs rejimi və münaqişənin siyasi yolla nizamlanmasıdır

 

Əfqanıstan hökumətinin və Taliban hərəkatının nümayəndələrinin bu günə təyin olunmuş birgə komitəsinin iclası təxirə salınıb. AYNA xarici mediaya istinadən bildirir ki, toplantının yeni yeri və tarixi bilinmir.

 

Qeyd edək ki, Taliban hərəkatı ilə Əfqanıstan hökuməti arasında sülh danışıqları dünən Qətərin paytaxtı Dohada başlayıb. Hökumətin nümayəndə heyətinə Milli Barışıq üzrə Ali Şuranın sədri Abdullah Abdullah başçılıq edir. Dohaya, həmçinin ABŞ-ın dövlət katibi Maykl Pompeo və Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov da gəliblər. Danışıqların əsas mövzusu atəşkəs rejimi və münaqişənin siyasi yolla nizamlanmasıdır.

 

Müəllif: Ayna.az