Eçmiədzində seçkiqabağı insident: qaçırılan bloger polis nəzarətindədir

Dünya

12.11.2025 - 20:58

"Naməlum şəxslər “Ana Ermənistan” tərəfdarını qaçırıb, zorla səkiyə çıxarıb aparıblar"

“Ana Ermənistan” Partiyasının nümayəndəsi Gevorq Stepanyan təşkilatın fəallarından biri, bloger Ono Harutyunyanın Eçmiədzində naməlum şəxslər tərəfindən qaçırıldığını açıqlayıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Stepanyan bu barədə “Facebook”da canlı yayımda bildirib.

Hadisə partiyanın Vaqarşapatdakı seçki ofisinin yaxınlığında baş verib. Orada Harutyunyanın sevgilisi ilə birlikdə olduğu bildirilir.

"Naməlum şəxslər “Ana Ermənistan” tərəfdarını qaçırıb, zorla səkiyə çıxarıb aparıblar", - deyə o bildirib.

Stepanyan qeyd edib ki, şəhərdə tanınmış bloger olan Harutyunyan tez-tez hakimiyyəti tənqid edir, "şəhərin utancverici idarəçiliyindən" danışır. O “Ana Ermənistan” Partiyasını dəstəkləyir.

Polis “Sputnik Armenia”ya bildirib ki, Harutyunyan xuliqanlıq şübhəsi ilə saxlanılıb və İstintaq Komitəsinə təhvil verilib.

Noyabrın 16-da Vaqarşapatda (Eçmiədzin şəhərini əhatə edən genişlənmiş icma) yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş