“Baqratın yepiskop rütbəsi qorunub saxlanılıb, onun kilsə və inzibati xidmətlərinə xitam verilib”
“Arxiyepiskop Baqrat Qalstanyanın dini rütbəsi saxlanılır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Eçmiədzin kilsəsinin açıqlamasında qeyd edilib.
““Vətən uğrunda Tavuş” hərəkatına rəhbərlik etmək və xalq müqavimət hərəkatında iştirakla bağlı üzərinə götürdüyü öhdəliklərlə əlaqədar arxiyepiskop Baqrat Qalstanyan bütün ermənilərin katolikosuna onun ruhani xidmətinin dayandırılması xahişi ilə müraciət edib. Arxiyepiskopun tələbi Eçmiədzinin Ana taxtında müzakirə edilib və İdarə Heyətində baxılması qərara alınıb. Baqratın yepiskop rütbəsi qorunub saxlanılıb, onun kilsə və inzibati xidmətlərinə xitam verilib”, - Eçmiədzindən verilən məlumatda qeyd olunub.