Düşmən Tərtərdə avtovağzala top atıb: Ölən var

Xəbərlər

01.10.2020 - 11:37

cedabet dərman SEO Xidməti

1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub

 

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində bu gün saat 09:00 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala ciddi ziyan dəyib. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş