Dünyada getdikcə daha az insan məlumat almaq istəyir
Dünyada getdikcə daha çox insan xəbərləri izləməkdən imtina edir, onu darıxdırıcı və ya depressiv adlandırır. AYNA xəbər verir ki, bu barədə Jurnalistika Araşdırmaları İnstitutunun qlobal araşdırmasında deyilir.
Bu ilin yanvar-fevral aylarında keçirilən sorğuda 47 ölkədən təxminən 95 min insan iştirak edib. Məlum olub ki, hər 10 respondentdən dördü (39%) qəsdən xəbərlərə baxmaqdan yayınır. 2017-ci ildə bu rəqəm nəzərəçarpacaq dərəcədə aşağı olub - 29%.
Hesabat müəlliflərinin fikrincə, insanların xəbər gündəmindən “əlaqəni kəsmək” istəyinə Ukrayna və Yaxın Şərqdəki müharibələr səbəb ola bilər.
Hesabatda bildirilir ki, xəbərlərdən yayınma ən yüksək həddə çatıb.
Xəbərləri çox yaxından izlədiklərini deyən respondentlərin payı 2017-ci ildəki 63%-dən 46%-ə enib.
Böyük Britaniyada xəbərlərə maraq 2015-ci ildən bəri demək olar ki, iki dəfə azalıb.
Tədqiqat müəllifləri qeyd edirlər ki, video formatı internetdə, xüsusən də gənclər arasında getdikcə vacib xəbər mənbəyinə çevrilir.
Hesabata görə, qısa xəbər videoları ən cəlbedicidir ki, TikTok da buna üstünlük verir.