9 min 75 nəfər isə dünyasını dəyişib
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 359 mindən çox olub. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilir.
Məlumata əsasən, ötən sutka ərzində 359 min 488 nəfər COVID-19-a yoluxub, 9 min 75 nəfər isə dünyasını dəyişib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.