Dünyada koronavirusdan sağalanların sayı 49 milyonu ötüb

Dünya

11.12.2020 - 08:32

Hazırda dünyada 19 949 112 aktiv koronavirus xəstəsi var

 

Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasından sağalanların sayı 49 milyonu ötüb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Belə ki, indiyədək 70 625 902 nəfər koronavirusa yoluxub, 1 586 518 nəfər bu virusdan dünyasını dəyişib, 49 090 272 nəfər sağalıb.

 

Hazırda dünyada 19 949 112 aktiv koronavirus xəstəsi var ki, onlardan da 106 680-nin vəziyyəti ağır qiymətləndirilir.

 

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib

Müəllif: Ayna.az