Dünyada ilk dəfə olaraq cərrahlar xəstəyə donuz böyrəyini köçürüblər

Dünya

22.03.2024 - 07:19

cedabet Klinikalar SEO Xidməti

Xəstə sağalır və tezliklə evə buraxılacaq

Bostondakı Massaçusets Ümumi Xəstəxanasının cərrahları dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun böyrəyini canlı insana uğurla köçürüblər.

AYNA-nın məlumatına görə, bu barədə “Boston Globe” yazıb.

Məlumata görə, böyrək xəstəliyinin terminal mərhələsində olan Massaçusets ştatının Veymut şəhərindən olan 62 yaşlı Riçard Slayman dörd saat ərzində əməliyyat olunub.

Xəstəxanadan bildiriblər ki, xəstə sağalır və tezliklə evə buraxılacaq.

Transplantasiyadakı bu irəliləyiş sayəsində orqan dəyişdirilməsinə ehtiyacı olan xəstələrin gələcəkdə onları xüsusi yetişdirilmiş geni dəyişdirilmiş donuzlardan qəbul edə biləcəkləri gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş