Dünyada COVID-19-a yoluxanların sayı 18 milyonu keçib

Dünya

02.08.2020 - 12:22

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxma sayına görə ABŞ birinci yerdədir

 

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 18 milyon nəfəri keçib. AYNA pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, avqustun 1-də dünya üzrə koronavirusa 255 min 779 nəfər yoluxub, 5 min 601 xəstə vəfat edib.

 

Xəbərdə qeyd olunub ki, hazırda COVID-19-a yoluxanların sayı 18 milyon 26 min 731 nəfərə, ölənlərin sayı 688 min 984 nəfərdir. Eyni zamanda, 11 milyon 335 min nəfər xəstəlikdən sağalıb.

 

Ötən sutka ərzində ən çox yoluxma halı ABŞ-da qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 4 milyon 764 min 522 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri 2 milyon 708 min 876 nəfər yoluxma ilə Braziliya tutur. Hindistanda 1 milyon 754 min 117, Rusiyada 845 min 443, Cənubi Afrika Respublikasında 503 min 290, Meksikada isə 434 min 193 nəfər COVID-19 xəstəliyinə yoluxub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş