Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb

Xəbərlər

27.07.2020 - 17:39

cedabet dərman SEO Xidməti

Hazırda təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi üçün fəaliyyət davam etdirilir

 

Bəzi internet resurslarında Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer alıb.

 

Bu barədə AYNA-ya Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, aparılmış ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə, ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilib.

 

DTX diqqətə çatdırır ki, hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş